"Neftçi" hücumçu axtarışında

15:35 16 Aprel 2015

Sabah Azərbaycan Premyer Liqasının 30-cu turunda öz meydanında “Qəbələni” qəbul edəcək “Neftçi” oyuna ciddi itkilərlə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” sabahkı vacib oyunda xüsusən də hücum xəttində problemlə üzləşə bilər. Belə ki, komandanın əsas hücumçusu Nikolas Kanales “İnter”lə Kubok matçında zədələndiyindən sabahkı oyunda olmaya bilər. Həmçinin artıq bir müddətdir ki, suçiçəyi xəstəliyindən əziyət çəkən Rauf Əliyev də məşqlərə başlaya bilmədiyindən sabahkı oyunu buraxacağı dəqiqdir.

 

Bununla da hücum xəttində ciddi boşluqlar yaşayacaq bakılılar “İnter”lə oyunun sonlarında olduğu kimi Vobayı hücumun önündə oynada bilər.

 

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı sabah saat 20:00-da “Bakcell Arena”da oynanılacaq. Görüşü Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.


Xəbər xətti