Kardozaya kəsilən cəza dəyişdirilməyəcək

23:26 16 Aprel 2015

AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Karlos Kardozo barədə çıxarılan qərarla əlaqədar Klublar Komitəsinin ünvanladığı etiraz məktubuna baxmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a İntizam Komitəsinin üzvü Məlik Həsənov məlumat verib.

 

O bildirib ki, artıq qərar verilib və dəyişdirilməsi qeyri-mümkündür: "İntizam Komitəsi müstəqil qurumdur, qərar qəbul edib ki, Kardozoya kəsilən 3 matçlıq cəzanın 2 oyunluq hissəsi şərti olsun. Axı bu qərarı necə dəyişdirmək olar? Ötən gün Klublar Komitəsinin iclasına getdim, iştirak etdim, fikirləri dinlədim və mövqeyimi səsləndirdim. Qərarın dəyişdirilməsindən söhbət gedə bilməz".

 

Qeyd edək ki, klublar AFFA İntizam Komitəsinin analoji cəzaya məruz qalan Rəşad Abdullayevlə bağlı qərarı qüvvədə saxladıqları halda, "Neftçi"nin müraciəti olmadan Karlos Kardozoya şərti cəzanın kəsilməsindən narazıdırlar. 

 


Xəbər xətti