"Xəzər Lənkəran" məşqlərə davam edir

00:26 17 Aprel 2015

Premyer Liqanın XXXI turunda “Qəbələ” klubunu qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir.

 

Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, komanda aprelin 16-da saat 17:00-da stadionun ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Bir gün əvvəlki hazırlıq prossesindən fərqli bu dəfə məşq daha intensiv keçib və saatyarımdan çox sürüb. Sabahdan başlayaraq komanda gündəlik iki məşqlə hazırlığını davam edəcək. Son məlumata görə baxışa gələn Ukraynalı futbolçu bu gün axşam saatlarında Lənkərana çatacaq.

 


Xəbər xətti