Vladimir Kramnik: "Şəmkirdə iki gələcək dünya çempionu var"

13:44 17 Aprel 2015

Şahmat üzrə sabiq dünya çempionu Vladimir Kramnik mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə keçirilən ShamkirChess 2015 turnirinin favoriti, dünya çempionu Maqnus Karlsenin onu daha güclü rəqib hesab etdiyi fikrə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, rusiyalı şahmatçı bunu şəxsi görüşlərdəki göstəricilərlə əlaqələndirib:

"Maqnus ona görə elə danışıb ki, çünki, aramızdakı görüşlərdə fərq böyük deyil. Digər şahmatçılarda olduğu kimi Karlsen böyük fərq əldə etməyib. Amma gələcəkdə hər şey dəyişə bilər. Şəmkir turnirində zəif rəqib yoxdur. Burada hazırkı dünya çempionu, iki sabiq dünya çempionu və iki gələcək dünya çempionu var. Yəqin anladınız nə demək istəyirəm. Hər tur gərgin mübarizənin şahidi olacayıq".

 


Xəbər xətti