Elvin Camalov: “Neftçi” ilə oyunda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq"

14:19 17 Aprel 2015

“Qəbələ” Azərbaycan Premyer Liqasının aprelin 17-də keçiriləcək XXX turun “Neftçi” ilə oyununun hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “Qırmızı-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov qarşılaşma və ardıcıl 6 qələbə qazanan komandanın çıxışları ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:


“Neftçi” ilə oyunda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq. Çempionatı ilk “üçlük”də bitirib, mükafatçılar sırasına düşmək istəyirik. Ən əsası isə avrokuboklara vəsiqə qazanmalıyıq. Bunun üçün isə qarşıdakı bütün oyunlarda maksimum çalışıb, qalib gəlməliyik. Son 6 çempionat oyununda qələbə qazanmışıq. Bu uğurlu seriyanı davam etdirmək haqqında düşünürük. Biz oyundan-oyuna daha da yaxşı çıxış etməyə, bizi dəstəkləyən hər kəsi sevindirməyə çalışacağıq”.


Xəbər xətti