"Xəzər Lənkəran" rəsmisi: "Sizin xəbər yazan əlləriniz qurusun"

14:25 17 Aprel 2015

“Xəzər Lənkəran” klubunun Mətbuat Katibi Hüseyn Cəbrayıloğlu özünə məxsus feysbuk hesabında mətbuat işçilərinin ünvanına sərt kəlimələr işlədib.

 

Sportarena.az xəbər verir ki, bir neçə gün öncə Nazim Süleymanovun 50 illiyinə həsr olunmuş kitabın təqdimatından sonra yerli KİV-lərdə kitabın müəllifinn adının verilməməsi Cəbrayıloğlunu qıcıqlandırıb.

 

O, “İki gündür saytlar yazır ki, Nazim Süleymanova həsr olunmuş kitab çapdan çıxıb, onun bu gün təqdimatı olacaq və indi də yazırlar... Amma, lənkəranlıların sözü olmasın, bu köpəkoğlu yazmır ki, kitabın müəllifi kimdir. Sizin xəbər yazan əlləriniz qurusun”. – yazısı ilə məsələyə münasibətini kəskin şəkildə ifadə edib.


Xəbər xətti