Ölkəmizi Çempionlar Liqasında kim təmsil edəcək?

16:09 17 Aprel 2015

19 yaşadək futbolçulardan ibarət Azərbaycan çempionatında “Rəvan” klubunun son 5 tur qalmış çempion olduğunu xəbər vermişdik. AFFA-nın Texniki Departamenti dekabr ayında UEFA-nın 19 yaşadək Çempionlar Liqasında Azərbaycanın təmsil olunmasına müsbət cavab verdiyindən “Rəvan” klubu keçiriləcək Avropa Çempionlar Liqasında ölkəmizin ilk təmsilçisi olmaq şansı qazanıb.

 

Sportarena.az saytına AFFA-dan verilən məlumata görə, bu təmsilçi “Rəvan” klubu olmaya da bilər. Buna səbəb isə çempionatın reqlamenti ilə əlaqədardır. Belə ki, Azərbaycan Premyer Liqasında qalib olan klub Çempionlar Liqasının qrupuna vəsiqə qazanarsa, məs həmin klub 19 yaşa qədər futbolçulardan ibarət eyniadlı turnirdə də Azərbaycanı təmsil etməli olacaq. Buna görə də, “Rəvan” klubu vəsiqəni təmin etmək üçün Azərbaycanın əsas çempionatının bitməsini və Çempionlar Liqasının mərhələ oyunlarının sonunu gözləməlidir.

 

Qeyd edək ki, U-19 Çempionlar Liqasının əsasnaməsi mayın 10-da AFFA-ya göndəriləcək və ölkəmizin iştirakçısının adı iyun ayının 10-da təsdiqini tapacaq.

 


Digər xəbərlər

Xəbər xətti