Çingiz Abdullayev: "Bunu Sadıq Sadıqovdan soruşmaq lazımdır"

13:19 18 Aprel 2015

"İstəyirdik ki, komanda qalib gəlsin. Lakin bəzi səhvlər buna imkan vermədi. Paltardəyişmə otağında uşaqlara dedim ki, ruhdan düşməsinlər. Başa düşürəm ki, onlar uduzmaq istəmirdilər. Çox təəsüf ki, oyunumuz alınmadı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə deyib.

 

O, konkret hansı səbəbdən uduzduqlarını demək istəməyib:

"Bunu baş məşqçi deməlidir. Oyunu  Nazim Süleymanov, İsgəndər Cavadov, Vəli Qasımov, Dmitri Kramarenko  izlədi. Onlar səhvlərimiz barədə fikirlərini bildirdilər. İnanıram ki, səhvlərimizi düzəldəcəyik" - deyə o bildirib. 

"Neftçi"nin Müşahidə Şurasının sədri Azərbaycan kubokuna finala çıxacaqlarını inandıqlarını söyləyib.

Ç. Abdullayev "Neftçi"nin keçmiş prezidenti, hazırda Müşahidə Şurasının üzvü Sadıq Sadıqovla münasibətlərinin soyuq olmadığını bildirib:

"Onunla çox vaxt birgə oluruq. Ancaq bu dəfə Sadıq Sadıqovun səhhətində problem olduğu üçün oyuna gəlmədi. Mən bildiyim qədər küskünlük, inciklik yoxdur. Bunu Sadıq Sadıqovdan soruşmaq lazımdır. O, təcrübəli şəxsdir. Özü mənə bildirib ki, "Neftçi"nin uğurları üçün çalışacaq".


Digər xəbərlər

Xəbər xətti