"İstəyirik ki, "Neftçi"nin loqosu Avropa standartlarına uyğun olsun"

13:31 18 Aprel 2015

Ç.Abdullayev  azarkeşlərin klubun loqosunun dəyişmək istəyinə etiraz etməsini normal qarşılayıb.

 

Sportarena.az xəbər verir ki, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə bu haqda bildirərək, "Biz "Neftçi"nin loqosunun dəyişdirilməsi ilə bağlı qərar qəbul etməmişik. Sadəcə bu məsələni müzakirəyə çıxarmışıq. Artıq 2015-ci ildir. İstəyirik ki, klubun loqosu Avropa standartlarına uyğun olsun. Ancaq heç kəs bunu istəməsə, loqonu dəyişdirməyəcəyik. Bu məsələ ilə bağlı azarkeşlərin həm müsbət, həm də mənfi fikirləri ola bilər. Onlarla da məsləhətləşəcəyik". – deyib.

 


Digər xəbərlər

Xəbər xətti