Avropa çempionatında Azərbaycan himninin əvəzinə Ermənistan himni səsləndi - VİDEO

14:31 18 Aprel 2015

Gənclər arasında sambo üzrə Serbiyanın Novıy Sad şəhərində keçirilən Avropa birinciliyində xoşagəlməz hal yaşanıb. 

 

Sportarena.az xəbər verir ki, 62 kq-dək çəki kateqoriyasında qalib gəlmiş azərbaycanlı samboçu Kamran Əsgərovun təltif edilməsi zamanı Azərbaycan himninin əvəzinə Ermənistan himni səslənib.
 
 

İdmançımız pyedestaldan düşmək istəsə də, özünü saxlayır və bu mərasimin sonunu gözləyir.

 

Azərbaycan tərəfinin müraciətindən sonra məsələ tez öz həllini tapıb, təşkilatçılar üzr istəyərək, Azərbaycan Respublikasının himnini səsləndiriblər.

 


Digər xəbərlər

Xəbər xətti