Nazarov üçün 45 dəqiqə, "Karlsrue" 1 xal qazandı

15:10 18 Aprel 2015

Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu səfərdə "Sandhauzen"lə qarşılaşıb. Qarşılaşma qolsuz sülhlə yekunlaşıb. Start heyətdə meydana çıxan Nazarov fasilədə əvəzlənib.

 

Qeyd edək ki, "Karlsrue" hazırda 49 xalla üçüncü pillədə qərarlaşıb.

 


Xəbər xətti