"Fənərbaxça" - "Beşiktaş" oyunundan öncə azarkeşlər bıçaqlanıb

17:38 18 Aprel 2015

İzmirdə keçiriləcək voleybol üzrə "Fənərbaxça" və "Beşiktaş" komandalarının görüşündən öncə iki azarkeş bıçaqlanıb.

 

Sportarena.az xəbər verir ki, Gündoğdu meydanında iki komanda azarkeşləri arasında insident yaşanıb.

 

İlk olaraq söz davasına çıxan tərəflər daha sonra soyuq silaha əl atıblar. Alsancak Dövlət Xəstəxanasına aparılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib. (report)

 


Digər xəbərlər

Xəbər xətti