Rauf Məmmədov: "Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı"

13:48 19 Aprel 2015

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində 2-ci turda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya şahmatçısı Aniş Giriylə heç-heçə oynayıb. 
 

 

Sportarena.az xəbər verir ki, Giri partiyadan sonra bunları deyib: “Üstünlük qazandım. Rauf səhvə yol verməməyə çalışırdı. Sonradan üstünlüyüm rəqibə keçdi. Heç-heçə pis nəticə deyil. Düzünü deyim ki, qələbə qazanmaq istəyirdim. Sadəcə alınmadı. Rəqib dözümlü şahmatçıdır”.

 

Rauf Məmmədov isə partiyanın sonuna yaxın üstünlük qazandığını lakin yorulduğunu bildirib: 

“Bu gün oyun ağır alındı. Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm”.

 


Xəbər xətti