RƏSMİ: "Borussiya" Klopa əvəzləyici tapdı

16:53 19 Aprel 2015

“Borussiya Dortmund”un yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu postda Yurgen Klopu Tomas Turçel əvəzləyəcək.

 

Klub baş məşqçi ilə artıq üç illik müqavilə də imzalayıb. Turçel komandadakı işinə mövsüm sona çatdıqdan sonra başlayacaq.

 

2013-2014 mövsümündə komandasına Avropa Liqasına vəsiqə qazandıran Turçel, qış fasiləsində “Şalke” və “Bayer Leverkuzen”dən gələn təklifləri rədd edib. Daha sonra isə 1 illik müqavilə müddətinin qalmasına baxmayaraq “Maynts”dan ayrılıb.


Digər xəbərlər

Xəbər xətti