"Bakı"ya məxsus avadanlıq "Bakcell Arena"da nə gəzir? - VİDEO

17:21 19 Aprel 2015

Premyer Liqanın XXX turunda ötən gün keçirilən "Neftçi" - "Qəbələ" oyunundan öncə "Bakcell Arena"da diqqətçəkən məqam olub. Belə ki, “Bakı” klubunun loqosu əks olunmuş texnika stadionda olub.

 

Sportarena.az xəbər verir ki, “Bakı” klubunun rəsmisi dsport.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

 

"FIFA-nın təbii örtüklü stadionlara nəzarət edən şirkəti var. Həmin şirkət bütün klublarla əməkdaşlıq edir. Stadionlarda istifadə olunan avadanlıqlar çox baha olur. Elə klublar var ki, onlarda belə avadanlıqlar yoxdu. Xahiş ediblər, biz də vermişik.  Məsələn, bizim də stadionla bağlı problemimiz yaranıb. Bu problemi aradan qaldırmaq üçün avadanlığımız yoxdu, ona görə xahiş etmişik ki, yeni inşa edilən Olimpiya stadionundakı həmin avadanlığı gətirək".


Digər xəbərlər

Xəbər xətti