İsrafilovsuz "Qranada" "Sevilya"dan 1 xal aldı

00:30 20 Aprel 2015

İspaniya La Liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu  "Qranada" öz meydanında "Sevilya" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Hazırda zədəli olan Eddi bu qarşılaşmanı buraxıb.

 

Qeyd edək ki, "Qranada" hazırda 25 xalla 19-cu pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti