Məhərrəmov izlədi, "Adanaspor" 3 qola sevindi

11:09 20 Aprel 2015

Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor" doğma meydanda "Albimo Alanyaspor"la qarşılaşıb. Görüş meydan sahibləriin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Adanaspor" hazırda 35 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 


Xəbər xətti