Budaklı "Qaziantep BB" məğlub oldu

11:17 20 Aprel 2015

Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuq Budağın çıxış etdiyi "Qaziantep BB" doğma meydanda "Samsunspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Budaq start heyətdə meydana çıxsa da, 16-cı dəqiqədə əvəzlənməli olub.

 

"Qaziantep BB" hazırda 38 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti