"Qəbələ"nin futbolçusu: “Xəzər Lənkəran” azarkeşləri komandalarını sona qədər dəstəkləyir"

12:17 20 Aprel 2015

Premyer Liqamızın növbəti turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Qəbələ” bu oyuna da çox ciddi hazırlaşır. Ardıcıl qələbələr qazanan “qırmızı-qaralar” lənkəranlı azarkeşlər önündə də qələbə qazanmaq əzmi ilə çıxacaq. Bunu “SportArena.Az” saytına açıqlamasında “Qəbələ”nin cinah yarımmüdafiəisi Ruslan Tağızadə deyib:

 

 “Ardıcıl qələbələr bizdə inam hissini daha da artırıb. Buna görə də, Lənkərana 3 xal dalınca gedirik. Oyunun çətin olacağını bilirik. Çünki, “Xəzər Lənkəran” azarkeşləri komandalarını sona qədər dəstəkləyir. Belə azarkeşlər önündə qələbə qazanmaq çətin olsa da, biz bunu bacararıq. Eyni zamanda Lənkəran komandasında istedadlı gənclər var. Hər iki cəhətdən çətin anlar yaşayarıq, amma Avro Liqaya getmək üçün qalib gəlməliyik”

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti