Lənkərandan rəsmi açıqlama: "Bu xəbər həqiqəti əks etdirmir"

13:03 20 Aprel 2015

Bir qədər öncə xəbər verdiyimiz kimi, FİFA-nın "Xəzər Lənkəran"a transfer qadağası qoyması barədə xəbərlər yayılıb.

 

SportArena.Az olaraq, cənub klubunun sözçüsü Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb, bu məsələ haqqında soruşduq. Klub rəsmisinin dediklərini təqdim edirik:

 

"Belə bir xəbər olsaydı, FİFA öz rəsmi saytında məlumat yayardı. Necə ki, “Barselona” və “Çelsi" kimi klublara qadağa qoyulan vaxt FİFA-nın rəsmi saytı xəbər yaydı. "Xəzər Lənkəran"a Veldin Muharemoviçin işinə görə heç bir məktub və açıqlama gəlməyib. Bu xəbər həqiqəti əks etdirmir."

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti