Ermənilərdən daha bir vəhşilik: "Neftçi"nin sabiq futbolçusu qətlə yetirildi

13:19 20 Aprel 2015

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 28 yaşında ikən vəfat edib.
 
 
SportArena.az report.az-a istinadən xəbər verir ki, Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib. Onun ermənilərlə dava zamanı bıçaqlandığı bildirilir. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da dağılmasından sonra Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb. 


Digər xəbərlər

Xəbər xətti