AÇIQLAMA "Qarabağ"ın futbolçusu zaqatalılar haqqında SportArena.Az-a nələr danışdı?

16:47 20 Aprel 2015

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Simurq"la matça çıxacaq Ağdamın "Qarabağ" klubu bu oyuna da ciddi hazırlaşır.

 

Bunu SportArena.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib. Aqolli Zaqatala təmsilçisi ilə matçöncəsi fikirlərini belə bölüşüb:

 

"Oyunlarımız çox sıx qrafik üzrə baş tutur. Bu da müəyyən qədər yorğunluq yaradır. Eyni zamanda da növbəti dəfə "Simurq"a qarşı oynayacağıq. Zaqatala təmsilçisi heç də zəif komanda deyil. Onların heyətində matçın taleyini həll edə biləcək futbolçular çoxdur. Amma biz heç bir komandadan çəkinmirik. Baxmayaraq ki, kubok oyunudur və istənilən nəticə qeydə alına bilər. İndi bir məqsədimiz var, o da "Simurq" səddini keçmək"

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti