AÇIQLAMA Vladimir Putin futbol dünyasına söz verdi

22:07 20 Aprel 2015

Rusiya Prezidenti Vladimir Putin FİFA və bütün futbol həvəskarlarının 2018-ci il dünya çempionatı ilə bağlı ümidlərini boşa çıxartmayacağına dair söz verib.

 

SportArena.az xəbər verir ki, Rusiya lideri bu haqda ali futbol qurumunun prezidenti Yozef Blatterlə görüşündə deyib. Putin bildirib ki, hazırda Rusiya qarşısında 2018-ci il dünya çempionatını keçirmək kimi böyük vəzifə var: 

 

"Komandamızın necə çıxış edəcəyini deyə bilmərəm, bu, mütəxəssislərin işidir, lakin çempionata hazırlıq hakimiyyətin vəzifəsidir. Rusiyada çoxlu inzibati qərarlar qəbul edilir, lakin hazırlıq işləri də bir o qədər vacibdir. İşə fəal başlamışıq. Hər şey plan üzrə gedir və bildiyiniz kimi, sizi daim bu barədə məlumatlandırırıq" 


Xəbər xətti