YALNIZ SportArena.Az-da: "İnter" - "Nefti" oyunu təxirə düşə bilər"

12:09 21 Aprel 2015

Bu gün baş tutmalı olan "İnter" - "Neftçi" oyunu təxirə düşə bilər.

 

SportArena.az etibarlı mənbələrdən əldə etdiyi xəbərə görə, buna səbəb "İnter"li futbolçuların 2 aydır ki, maaş almamasıdır. Dünən maaşların veriləcəyi deyilsə də, bu baş verməyib. Və nəticədə futbolçular sabahkı(bu günkü) matça çıxmayacağlarını rəhbərliyə bildiriblər. "Neftçi" ilə matçın başlama vaxtına az qalmasını nəzərə alaraq, klub rəhbərliyi problemi həll etməyə çalışır.

Qarşıdakı saatlarda məsələ haqqında sizə tam məlumat verməyə çalışacağıq.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti