"Bakı-2015": Antonio Seba Azərbaycan paytaxtında

15:02 21 Aprel 2015

Bakı 2015 1-ci Avropa Oyunlarına hazırlığın son mərhələsinin bir hissəsi kimi Azərbaycan Milli Karate Fedasiyasının (AMKF)  dəvəti ilə dünya şöhrətli ispan mütəxəssis Antonio Oliva Seba növbəti dəfə idmançılarımızla təlim-məşqlərə gəlib.

 

İdmançılarımız üzərində fərdi və komanda şəklində işləyən Antonio Oliva Seba onların yarışlarından video yazıları da izləməklə lazımi tövsiyyələr verir. Texniki və taktiki hazırlıqlarda karateçilərimizlə birfə təlim-məşqlərə dəvət edilən Qazaxıstan milli komandası da iştirak edir. 
AMKF prezidenti Yaşar Bəşirov A.O.Seba kimi yüksək səviyyəli mütəxəssilərin Azərbaycana gəlməklə idmançılarımızla işləməsinin böyük perspektivlər vəd etdiyini bildirib. O qeyd edib ki, belə tanınmış karate mütəcəssisləri ilə əməkdaşlıq davm etdiriləcək.


Digər xəbərlər

Xəbər xətti