"Napoli"-"Volfsburq" matçına türk hakim

16:04 21 Aprel 2015

FIFA referisi Cüneyt Çakır UEFA Avropa Liqasında oyun idarə edəcək.



SportArena.az xəbər verir ki, türk hakim İtaliyanın "Napoli" və Almaniyanın "Volfsburq" klublarə arasında 23 aprel tarixində baş tutacaq matçda fit çalacaq. 

İtalyanın Napoli şəhərindəki "San Paulo" Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 00.05-də başlayacaq. 

Qarşılaşmada Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Cem Satman matçın dördüncü hakimi, Hüseyn Göçek və Halis Özkahya isə əlavə köməkçi hakimlər olacaq.

Qeyd edək ki, iki klub arasında ilk oyun Almaniyada baş tutub. 16 apreldə baş tutmuş matçdan "Napol"i 4:1 hesablı qələbə ilə ayrılıb.


Xəbər xətti