AÇIQLAMA “Neftçi” klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm"

21:22 21 Aprel 2015

“Qarabağ”ın ardından “Neftçi” Azərbaycan Kubokunun finalına vəsiqə qazandı. İlk yarımfinal oyununda “İnter”i 2-0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1-2 məğlub olmasına baxmayaraq, finala adladı.


 

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Neftçi” klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq.  Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, “Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. “Neftçi” ev oyununda qol buraxmadı əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi.
Son hadisələrlə bağlı isə deyə bilərəm ki, “İnter” dağılarsa, faciə olacaq. Çünki “İnter” “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya  diqqət ayıracaqlar. “İnter”i yaşatmaq onların borcudur. Çünki “İnter” Azərbaycanın öndə gedən klublarından biridir”.


Digər xəbərlər

Xəbər xətti