"Neftçi"nin futbolçusu: "Rəqib mərhələ adlamaq üçün hər şey etdi"

10:53 22 Aprel 2015

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” səfərdə “İnter”in qonağı oldu. 2:1 hesabı ilə yenilən "Neftçi" ümumi nəticəyə görə finala adladı.

 

Matçdan sonra "Neftçi"nin futbolçusu Erik Ramos  SportArena.az saytına açıqlamasında oyunu belə şərh etdi:

 

"Gərgin oyun keçdi. Rəqib mərhələ adlamaq üçün hər şey etdi, amma biz də oyunu nəzarətdə saxlaya bildik. Matçdan öncə ilk tapşırığımız sonda nəticə əldə etmək idi. Şadam ki, bunu bacardıq. Oyun qrafikimiz çox sıxdı, bu da hazırlıq üçün problemlər yaradır.İndi çempionat oyunları haqqında düşünməliyik. Orada da yaxşı çıxış edərək, xal ehtiyyatımızı düzəltməliyik."

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti