Karlo Ancelotti: "Real"ın heyəti ən yaxşıdı"

12:26 22 Aprel 2015

"Real"ın baş məşqçisi Karlo Ancelotti zədələrə baxmayaraq, "Atletiko"nu məğlub edəcəklərini düşünür. Madrid derbisindən öncə mətbuat nümayəndələrinin qarşısına çıxan italiyalı mütəxəssis bunları deyib:



"Atletiko"nun çox güclü müdafiəsi var, ancaq qələbə qazanacağımızdan əminəm. Biz keçən həftəki oyunumuzu yenidən nümayiş etdirməliyik. Optimal heyəti meydana buraxacam. Birinci oyundakı kimi oynamağımıza şərait yaradacaq futbolçular arasında seçim edəcəm. İstənilən nəticəyə hazırıq. 90 dəqiqəni yaxşı keçirməyə çalışacağıq. Motivasiyamız yaxşıdı.

Düşünürəm ki, "Real"ın heyəti dünyada ən yaxşıdı. Sabahkı matç həm klub, həm futbolçular, həm də azarkeşlər üçün önəmlidi. Yarımfinala yüksəlmək şansımız var. Azarkeşləri bizə kömək etməyə çağırıram".

"Real" - "Atletiko" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti