"Qəbələ"dən SportArena.az-a AÇIQLAMA: Final matçına hazırdırlar?

15:31 22 Aprel 2015

Bir qədər öncə verdiyimiz xəbərə görə, Azərbaycna kubokunun finalı Qəbələdə baş tutacaq. Bəs görəsən final matçını qəbul edəcək "Qəbələ" bu məsuliyyətli işə nə dərəcədə hazırdır?

 

SportArena.az olaraq, "Qəbələ"nin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxlayıb, məsələ haqqında soruşduq. Klub rəsmisinin dediklərini sizə təqdim edirik:

 

"Final matçının yüksək səviyyədə keçməsinin öhdəsindən rahatlıqla gələrik. Çünki, bu sahədə yaxşı təcrübəmiz var. Eyni zamanda komandaların bir-neçə gün öncə Qəbələyə gəlib məşq etmələri üçün də yaxşı meydançalatımız var. Təhlükəsizlik və digər vacib məsələrdə hər-hansı bir problem olacağını düşünmürük."

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti