"Simurq" - "Qarabağ" oyununun baş hakimi: "Yan xətt hakiminin qərarı düzdür"

17:30 22 Aprel 2015

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Simurq" öz meydanda "Qarabağ"la bərabərə qalaraq kubokda mübarizəni saxladı. Oyunun əvvəllərində isə "Simurq" qol vursa da, matçı idarə edən ədalət təmsilçiləri oyudan kənar qərarı ilə qolu hesaba almadı. Bu vəziyyət də Zaqatalada böyük qalmaqala səbəb oldu.
 
 
SportArena.az xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov bu barədə öz "facebook" hesabında münasibət bildirib. onun statusunu təqdim edirik:
 
"Əziz özünə hakim deyib, hakimlərin qərarına səhv deyən və qaydalardan bixəbər olanlar, ingilis dilində yazılanları oxuyun və videoya baxın. Dünənki oyunda da yan xətt hakimin qərarı doğrudu. Bu da sizə sübut video və yazı:
 
UEFA says: by attempting to play the ball in front of the goalkeeper the attacker is impeding his actions.
Although we can understand that the goal would have been scored even if the attacker would not have attempted to play the ball then by the new interpretations he must still be called offside. The referees do not have to analyse whether the goalkeeper would or would not have been able to save the shot".
 
Bu yazının tərcüməsində bildirilir ki, əgər hücumçu oyundan kənar vəziyyətdə zərbə vurmağa cəhd edirsə, ofsayd qərarı verilir. Əgər zərbəni ofsaydda olmayan futbolçu vursa belə, ofsayd qərarı verilir. Hakimlər həmin vaxt ilk epizodda qapıçının topa reaksiyası olub-olmadığını təhlil etməməlidi.


Xəbər xətti