"Çelsi" hərəkətə keçdi: İkardinini "İnter"dən ala biləcək?

17:50 22 Aprel 2015

"Çelsi" yayda "İnter"in forvardı Mauro İkardini heyətinə qatmağa çalışır.

 

SportArena.az xəbər verir ki, 22 yaşlı futbolçu "zadəganlar"ın əsas transfer hədəfidi. Hazırda "İnter" müqavilə müddətinin uzadılmasıyla bağlı argentinalı hücumçu ilə danışıqlar aparır. Ancaq tərəflər arasında hələ də razılıq əldə olunmayıb.

Mövsüm ərzində 41 matçda meydana çıxan İkardi 21 dəfə fərqlənməklə yanaşı, 4 məhsuldar ötürmə verib.


Xəbər xətti