"Kalyari"də qərar verildi: Komandanın sabiq futbolçusu baş məşqçi oldu!

18:21 22 Aprel 2015

Təcrübəli çalışdırıcı Zemanla yollarını ayıran "Kalyari"in yeni çalışdırıcısı müəyyənləşib.

 

SportArena.az xəbər verir ki, komanda Canluka Festeyə həvalə olunub. "Kalyari"nin sabiq futbolçusu mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcək. Onun komandada qalıb-qalmayacağına mövsümün sonunda aydınlıq gələcək.

Qeyd edək ki, "Kalyari" A Seriyasında geridə qalan 31 turdan sonra 21 xalla 19-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti