Sadıq Sadıqov : "Aramızda heç bir mübahisə olmayıb" - AÇIQLAMA

02:02 23 Aprel 2015

"Neftçi"nin sabiq prezidenti, klubun Müşahidə Şurasının üzvü Sadıq Sadıqov haqqında yayılan son xəbərlərə münasibət bildirib.

O, Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə mübahisə etdikləri barədə deyilənləri təkiz edib:

"Səhhətimlə əlaqədar "Neftçi"nin son iki oyununu buraxmalı oldum. Görünür, bəziləri buna görə klub ətrafında yeni mövzu yaratmağa çalışıblar. Guya mənim Çingiz Abdullayevlə nəsə problemim var. Bizim yaşlılara hörmətimiz var. Tanınmış yazıçımıza qarşı isə xüsusi hörmətim var. Aramızda da heç bir mübahisə olmayıb. Bir müddət öncə klubun müşahidə şurasının iclasında birgə qərarlar qəbul etmişik. Məsələlərdən biri də klubun loqotipini dəyişməklə bağlı idi. Qərara gəldik ki, bu barədə ictimaiyyətlə, fanatlarla müzakirədən sonra qərar qəbul edək. Onlar necə istəsə, elə də edəcəyik. Təcrübəli futbol adamı kimi Çingiz Abdullayevin yanında olacağam və ona kömək edəcəyəm". (azerisport)


Xəbər xətti