"İnter" "Mançester Siti"yə növbəti təklifini göndərəcək

08:26 23 Aprel 2015

"İnter" "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Turenin transferində israr edir.

 

SportArena.az xəbər verir ki, "neradzurrilər" "şəhərlilər"ə yeni təklif göndərməyə hazırlaşırlar.

İvuarlı futbolçu daha öncə məvacibin miqdarına baxmayaraq, onun xidmətində maraqlı olmayan klubda qalmayacağını bildirmişdi. Həmçinin İtaliya mətbuatında yazılanlara inansaq, o, tez-tez Roberto Mançini ilə görüşür.

Cari mövsümdə 34 matçda meydana çıxan Turenin aktivində 10 qol, 1 məhsuldar ötürmə var.


Digər xəbərlər

Xəbər xətti