Baçana Tsxadadze: "İkinci yeri təmin etməliyik"

10:45 23 Aprel 2015

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi" ilə qarşılaşan "İnter" bu səddi keçə bilmədi. İlk oyunda məğlub olan "bankirlər" cavab qarşılaşmasında qalib gəlsələr də, bu hesab mərhələ adlamaq üçün yetərli olmadı.

 

SportArena.az olaraq, "İnter"in əsas hücumçusu  Bacana Tsxadadze ilə əlaqə saxlayıb, fikirlərini öyrəndik:

 

"İlk oyundakı məğlubiyyət işimizi xeyli çətinləşdirmişdi. Çünki, kubok matçında hər qolun önəmi böyükdür. Sona qədər mübarizə aparsaq da, bu yetərli olmadı. Çox heyif ki, dönüş yaratmağı bacarmadıq. Çünki, hər iki komanda çox istəkli idilər. İndi çempionat oyunları haqqında düşünürük. Qarşıdakı matçları qələbə ilə başa vurub ikinci yeri təmin etməliyik."

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti