Əmrah Çəlikəl SportArena.az-a danışdı: "Neftçi" ölkəmizin ən köklü və güclü klublarındandır"

13:10 23 Aprel 2015

Xəbər verdiyimiz kimi, "Qarabağ" "Simurq"u mübarizədən uzaqlaşdıraraq, kubokunun finalına çıxdı. Artıq final matçının baş tutacağı arena da bəllidir. Belə ki, "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" "Qəbələ"yə məxsus stadionda meydana çıxacaq.

 

SportArena.az olaraq, "Qarabağ" klubunun direktoru  Əmrah Çəlikəllə əlaqə saxlayaraq, bəzi maraqlı məsələlər haqqında danışdıq:

 

"Çətin "Simurq" səddini keçərək finala çıxa bildik. Bu çox gözəl duyğudur. Kubokun finalında "Neftçi" ilə qarşılaşacağımız bizi daha da ruhlandırır. Çünki, rəqib ölkəmizin ən köklü və güclü klublarındandır. Əminəm ki, azarkeşlər bu iki komanda arasında baş tutacaq matçdan həzz alacaqlar."

"Finalın Qəbələdə olması çox gözəl addımdır. Bu həm də futbolun inkişafı və kütləviləşməsi üçün atılan addımdır. Orada futbol oynamaq üçün hər bir şərait var".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti