Fransada ŞOK: Futbol fanatlarına 15 illik həbs cəzası açıldı

14:10 23 Aprel 2015

Fransanın “Marsel” klubunun 5 fanatına həbs cəzası verilib. SportArena.az xəbər verir ki, zorakılıq və oğurluqda günahlandırılan azarkeşlər 11 ildən 15 ilə qədər azadlıqdan məhrum ediliblər.


 
2011-ci ilin mayında komandanın üzvləri Andre və Cordan Ayyunu öz villalarında təhdid edən fanatlar daha sonra “Marsel”in digər futbolçusu İltonun ailəsinə hücum çəkmişdilər.
 
Ən ağır cəza 17 yaşlı fanata verilib. Məhkəmənin qərarına əsasən, yeniyetmə 15 illik həbs cəzası alıb. Fanatlardan ikisi 12 illik cəzalandırıldığı halda, digər ikisi müvafiq olaraq 11 və 13 illik azadlıqdan məhrum ediliblər.
 
Araşdırma nəticəsində məlum olub ki, həmin fanatlar kafe və supermarketlərdən oğurluq da ediblər. Məhkəmə qərar qəbul edərkən, bu kimi halları da nəzərə alıb.


Digər xəbərlər

Xəbər xətti