Transfermarket AÇIQLADI: Reynaldo bahalaşdı, Danilo ucuzlaşdı

17:18 23 Aprel 2015

Transfermarket növbəti dəfə Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların qiymətini açıqlayıb.

 

SportArena.az xəbər verir ki, siyahıda ən diqqətçəkən qiymət artımı Reynaldoda olub. Belə ki, "Qarabağ"ın futbolçusunun qiyməti 700 min avrodan 1 milyona qədər artıb. Digər braziliyalı Danilo Dias isə dəyərini itirib. Hücumçu əvvəllər 2 500 000 avro ilə qiymətləndirilirdisə, indi 1 200 000 avroyadır. Dəyəri artan digər futbolçular bunlardı: İbrahim Şehiç (700 000 avro), Draqan Çeran (650 000), Qara Qarayev (500 000), Vüqar Nadirov, Muarem Muarem, Ruslan Abışov, Cavid Hüseynov, Bədavi Hüseynov (450 000), Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Maksim Medvedev, Səlahət Ağayev, Baçana Sxadadze və Cavid Tağıyev (400 000) də var.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti