Şotlandiyada ŞOK: Oğrular futbolçunun arvadına ölümcül zərbə vursalar da...

20:55 23 Aprel 2015

Şotlandiya Premyer Liqasında mübarizə aparan "Hibernian"ın futbolçusu David Grayın ailəsində ağır faciə baş verib.

 

SportArena.az xarici mətbuata istinadən xəbər verir ki, Gray komandanın axşam məşqindən geri dönərkən bir-neçə şəxsin onun evinə hücum etdiyi görüb. Həyat yoldaşı və 2 yaşlı qızını döyərək evdə olan pulları istəyən oğrular, qorxutmaq məqsədi ilə futbolçunun həyat yoldaşına ölümcül zərbələr vurublar. Daha sonra hadisə yerindən uzaqlaşan oğrular evdən heç nə apara bilməyiblər. Hal-hazırda onlar polis tərəfindən axtarılır.

Qeyd edək ki, David Grayın qızı və həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya çatıdırlıb.

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti