FOTO "Qarabağ" üçün sürpriz ziyarət

21:19 23 Aprel 2015

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl növbəti dəfə komandanı ziyarət edib. SportArena.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, vitse-prezident futbolçularla görüşərək, ölkə kubokunun finalına vəsiqə qazanmaları münasibətilə onları təbrik edib.


 
Tahir Gözəlin ziyarətinin əsas məqsədlərindən biri də Topaz Premyer Liqasının XXXI turunda "Neftçi” ilə keçiriləcək vacib qarşılaşma öncəsi oyunçulara ruh yüksəkliyi vermək olub. Məşqdən öncə keçirilən görüş zamanı vitse-prezident komandaya güvəndiyini və "Neftçi” ilə görüşdə onlardan uğurlu nəticə gözlədiyini vurğulayıb.
 
Qeyd edək ki, "Qarabağ” "Neftçi” ilə aprelin 25-də "Bakcell Arena”da qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti