PSJ-nin prezidenti açıqladı: "Jurnalistlərdən xahiş edirəm ki.."

22:44 23 Aprel 2015

PSJ-nin baş məşqçisi Loran Blan mövsümün sonunda komandadan ayrılmayacaq.

 

Bu barədə açıqlamasında klubun prezidenti Naser Əl-Xəlaifi deyib. O, Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya məğlubiyyətə baxmayaraq Blanın qovulmayacağını bildirib: "Blanın əlindən gələni etdiyinə şübhəm yoxdur. Biz artıq Fransa kubokunu qazanmışıq. Ümid edirəm ki, çempionatın da qızıl medallarına yiyələnəcəyik. Jurnalistlərdən xahiş edirəm ki, Çempionlar Liqasında "Barselona"ya məğlubiyyətə görə Blanı tənqid etməsinlər. İstənilən halda o, yaxşı məşqçidir. Blan qovulmayacaq, əksinə yeni mövsümdə də komandanı çalışdıracaq". Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2013-cü ildən PSJ-ni çalışdırır.


Digər xəbərlər

Xəbər xətti