AÇIQLAMA “Əminəm ki, Zidan gec-tez Fransa yığmasını çalışdıracaq

15:35 24 Aprel 2015

“Əminəm ki, Zidan gec-tez Fransa yığmasını çalışdıracaq. Onun məşqçi kimi də böyük uğurlar qazanacağına inanıram”. SportArena.az xəbər verir ki, bu sözləri yaxın keçmişin əfsanəvi futbolçusu Ronaldo deyib.


 
Sabiq komanda yoldaşı haqda danışan Braziliya yığmasının keçmiş hücumçusu müsbət fikirlər səsləndirib. Zidan fərqli, Ronaldo məşqçi olmaq fikrində deyil: Zidan futbolu dərk edir. Onda yaxşı məşqçi olmaq üçün bütün komponentlər cəmləşib. Ən əsası, bildiklərini başqalarına öyrətməyi bacarır. Bu, məşqçidə müsbət keyfiyyətlərdən biri deməkdi. O ki qaldı mənə, heç vaxt məşqçi olmayacam. Məşqçilik mənim üçün geriyə atılmış addım olar. Çünki məşqçilərin də gündəlik həyatı futbolçularınkı kimidi”.
 
Qeyd edək ki, karyerası ərzində “Barselona”, “İnter”, “Real” (Madrid) və “Milan” kimi klublarda çıxış etmiş Ronaldo futbolla 2011-ci ildə vidalaşıb.


Xəbər xətti