"Hayduk"da dəyişiklik: Qurbanova kim başçılıq edəcək?

15:42 24 Aprel 2015

Yığmamızın üzvü Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" klubunda növbəti dəfə baş məşqçi dəyişikliyi olub.

 

SportArena.az xəbər verir ki, Split təmsilçisini bundan sonra Hari Vukas çalışdıracaq.

O, 10 gün öncə baş məşqçi vəzifəsinə gətirilən Qoran Vuçeviçi əvəzləyib. Q.Vuçeviçin bu müddətdə çempionat və kubok oyunlarındakı uğursuz nəticələrindən narazı qalan rəhbərlik onu Vukasla əvəzləmək qərarına gəlib.


Xəbər xətti