"Trabzonspor"dan iddia: "Fənərbaxça"nın bir-neçə matçının nəticəsini öncədən razılaşdırılıb

15:54 24 Aprel 2015

"Tranzonspor" klubu FİFA-ya yeni müraciət ünvanlanıb.

SportArena.az
 xəbər verir ki, həmin müraicətdə İstanbul klubunun "danışılmış oyunlar"da iştiraka görə cəzalanması istənilib. "Trabzonspor" tərəfi iddia edir ki, "Fənərbaxça"nın 2011-ci ildə oynanılan "Gənclərbirliyi", "Sivasspor", "Ankaragücü" və İBB ilə qarşılaşmaların nəticələri əvvəlcədən razılaşdırılıb. UEFA-ya göndərilən müraciətdə həmin ilin aprel ayında oynanılan "Əskişəhərspor" - "Fənərbaxça" və "Əskişəhər" - "Trabzonspor" qarşılaşmalarının nəticəsinə də Əziz Yıldırım tərəfindən müdaxilə edilib, "Əskişəhərspor"un bəzi futbolçularına "Trabzonspor"u büdrətmək, "Fənərbaxça"ya güzəştsiz təslim olmaqdan ötrü 300 min dollar pul verilməsinin isbatlandığı qeyd olunur. Bütün bunları diqqətə çatdıran "Trabzonspor" tərəfi "Fənərbaxça"nın yenidən cəzalandırılmasının ədalətli olacağını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti