Bavariyada daha bir ciddi itki: Dörd ay olmayacaq

18:42 24 Aprel 2015

Bavariyanın müdafiəçisi Xolger Badştuber budundan zədəyə görə yenidən sıradan çıxıb.

 

Bu barədə Münxen klubunun rəsmi saytı məlumat verib. 26 yaşlı futbolçunun əməliyyat edilməsinə ehtiyacı var. O , ən azı 4 ay oynamayacaq. Xatırladaq ki, Badştuber 2012/13 və 13/14 mövsümlərində ardıcıl 17 ay zədə səbəbilə oynaya bilməmişdi.


Xəbər xətti