PSJ ona görə "Çelsi"nin qapısını döyəcək

21:27 24 Aprel 2015

PSJ yay "transfer pəncərəsi"ndə "Çelsi"nin qolkiperi Petr Çexi heyətinə qatmağı planlaşdırır.

 

SportArena.az xəbər verir ki, Paris klubu Çexiya millisinin üzvünə görə 10 milyon avro ödəməyə hazırdı. Yaxın günlərdə PSJ-nin "Çelsi"yə rəsmi təklif göndərəcəyi gözlənilir. Çex əsas heyətə düşə bilmədiyi üçün "zadəganlar"ı tərk etmək istəyir.



PSJ ilə yanaşı, "İnter" də onunla yaxından maraqlanır.


Xəbər xətti