AÇIQLAMA "Məni bombardirlikdən daha çox komandamın bu turnirdəki uğuru maraqlandırır"

23:11 24 Aprel 2015

"Napoli"nin argentinalı futbolçusu Qonzalo İquayn komandasının turnirdəki hədəfləri haqqında söhbət açıb.

 

SportArena.az xəbər verir ki, hal-hazırda Avropa Liqasının bombardilər siyahısında 7 qolla ikinci yerdə olan İquayn bombardir olmaq barədə düşünmədiyini deyib:

 

"Bizim əsas məqsədimiz Avropa Liqasını qazanmaqdı. Belə olacağı halda, gələn ildən Çempionlar Liqasında da mübarizə aparmaq şansı qazanacağıq. Hazırda bombardirlər siyahısında ikinci pillədəyəm. Birinci olmaq şansım da var. Ancaq məni bombardirlikdən daha çox komandamın bu turnirdəki uğuru maraqlandırır".


Digər xəbərlər

Xəbər xətti