Kamran Ağayev: "Azərbaycanca desəm, bura çox yaxşıdır"

12:31 25 Aprel 2015

Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayev komanda yoldaşı Alper Uludağla birgə Kadır Has Anadolu litseyini ziyarət edib.
 
 
SportArena.az xəbər verir ki, onlar burada tələbələrlə görüş keçiriblər. Görüşdə futbolçular öz fikirlərini də bölüşüblər. Ağayev bunları söyləyib:
 
 
"İlk dəfə tələbələrdən gül aldım. Bu, məni çox duyğulandırdı. Türkiyə mənim ikinci vətənimdir. Kayseridə özümü çox xoşbəxt hiss edirəm". Tələbələrin "Kayserispor"da qalıb-qalmayacağına dair sualına isə Ağayev belə cavab verib: "Türkiyə bizim ikinci vətənimizdir. "Kayserispor"da, Kayseridə çox xoşbəxtəm. Azərbaycanca desəm, bura çox yaxşıdır. Anlaşa bilsək, niyə də qalmayım".


Digər xəbərlər

Xəbər xətti