AÇIQLAMA Hazırda "oturma izni" və valideynimin orda işlə təmin olunması məsələsi yolunda işlər gedir"

13:55 25 Aprel 2015

Bu günlərdə "Əlincə" futbol klubunun yetirməsi Turan Vəlizadə Türkiyə nəhəngi "Fənərbaxça"da baxışda olub. U-15 millimizin də üzvü olan futbolçunun bir həftəlik yoxlanış müddəti başa çatıb.

 

SportArena.az xəbər verir ki, vətənə dönən Vəlizadə "sarı-lacivərdlilər"in düşərgəsində yaşadığı təəssüratları klubun rəsmi saytına açıqlayıb:

 

"Məşqlər çox maraqlı keçdi. Yoxlanışa qatıldığım elə ilk gündəcə "Fənərbaxça"nın U-15 komandasının məşqçiləri oyunum haqda müsbət fikirlər səsləndirdilər. Daha sonra komandanın digər məşqçiləri də çıxışımı izlədi. Onlar əvvəlcə hazırda məxsus olduğum klubdan "Fənərbaxça"ya pul qarşılığında transfer olunacağımı düşünürdülər. Ancaq bunun əksini öyrəndikdən sonra mənim "sarı-lacivərdlilər"ə keçidimin zəruriliyini vurğuladılar.

Hazırda "oturma izni" və valideynimin orda işlə təmin olunması məsələsi yolunda işlər gedir. Bütün bunlar həll olunduqdan sonra yaxın vaxtlarda "Fənərbaxça"nın qatıldığı və Antalyada baş tutacaq turnirə yollanacam. Çox sevinirəm ki, öz oyunumla Azərbaycan və "Əlincə" haqda müsbət fikirlər oyatdım. İnşallah, "Fənərbaxça"ya transfer olunduqdan sonra əzmlə çalışıb, Azərbaycanın adını daha yüksək zirvələrə daşımağa çalışacam".


Digər xəbərlər

Xəbər xətti